» » Boşanmaqda olan aparıcı ilə ərindən gözlənilməz qərar

Boşanmaqda olan aparıcı ilə ərindən gözlənilməz qərar

Boşanmaqda olan aparıcı ilə ərindən gözlənilməz qərar
Boşanmaqda olan aparıcı ilə ərindən gözlənilməz qərar Aparıcı İkbal Gürpınar boşanma ərəfəsində olduğu əri Emre Ermişə qarşı qaldırdığı 600 min lirəlik (təxminən 220 min manat) təzminat iddiasını geri götürüb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqalla başlayan məhkəmə prosesi cütlüyün qarşılıqlı razılığı əsasında davam edir. Tərəflər arasında imzalanmış protokola görə, bir-birlərindən hər hansı təzminat iddiası irəli sürməyəcəklər. Yalnız ev əşyaları cütlük arasında paylaşılıb.

Xatırladaq ki, İkbal Gürpınar “Kəbə yolları” verilişinin çəkilişləri zamanı əri Emre Ermiş tərəfindən döyüldüyünü iddia edirdi. E.Ermiş isə deyilənlərin əksinə, İ.Gürpınarın onu sinəsinə qayçı dirəyərək ölümlə hədələdiyini bildirmişdi.