» » Tatlısəsin 4 ilədək həbsi tələb edilir

Tatlısəsin 4 ilədək həbsi tələb edilir

Tatlısəsin 4 ilədək həbsi tələb edilir
Tatlısəsin 4 ilədək həbsi tələb edilir Müğənni İbrahim Tatlısəs birinci dərəcəli hakim Həbibə Aslanı təhqir etdiyi üçün məhkəmədə ifadə verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, əslində təhqir niyyətinin olmadığını deyən sənətçi “Səhv məlumatlandırıldım. Mənə həmin yanlış informasiyaları verənləri özümdən uzaqlaşdırdım, onlarla görüşmürəm. Bəraət qazanmağımı istəyirəm” söyləyib.

“Twitter” hesabından Həbibə Aslanı təhqir etdiyi üçün 4 ilədək həbsi tələb olunan İ.Tatlısəs Musiqi Əsərləri Sahibləri Məslək Birliyi (MESAM) ilə arasında problem yarandığını və səhvən qurumun hüquqşünası – Həbibə Aslanın qızı Aslı Aslanı da təhqir etdiyini bildirib. Məhkəmə şahidlərin dindirilməsi üçün təxirə salınıb.