» » "Mahsun məni şantaj etdi, adını eşitmək istəmirəm"

"Mahsun məni şantaj etdi, adını eşitmək istəmirəm"

"Mahsun məni şantaj etdi, adını eşitmək istəmirəm"
"Mahsun məni şantaj etdi, adını eşitmək istəmirəm" Müğənni Alişan qonağı olduğu “Söylemezsem olmaz” verilişində maraqlı etiraflar edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, karyerasına necə başlamasından danışan ifaçı Mahsun Kırmızıgülün ona mane olmağa çalışdığını deyib:

“Müğənniliyə “Prestij müzik”lə başladım. Onun da sahibi Mahsun Kırmızıgül idi. Tanındıqdan sonra çoxlu pul qazanmışdım. Hətta Mahsuna borc pul da vermişdim. Ancaq sonra geri istəyəndə “Səni biz adam eləmişik. Bizim sayəmizdə pul qazanmısan. Mətbuat konfransı təşkil edərəm, fanatlarım üzünə tüpürər. Məhkəməyə getsən, başın ağrıyacaq” deyə şantaj etdi. İndiyə kimi Mahsunla aram yaxşı deyil”.

Alişan M.Kırmızıgüllə illər sonra qarşılaşınca ondan soyuq münasibət gördüyünü və onun adını belə eşitmək istəmədiyini deyib:

“Toyların birində rastlaşdıq. Yanına gedib salam verdim, amma soyuq qarşıladı. Daha sonra atam ona yaxınlaşdı. Atama da soyuq davrandı. Mənə göstərdiyi münasibətə hirslənmədim, ondan kiçiyəm, amma atama elədikləri... Sonra mən səhnəyə çıxanda toyu tərk etdi. O gündən onu qardaş kimi görmürəm. Bundan sonra adını belə eşitmək istəmirəm”.