» » Tanınmış modelyer həbs olundu

Tanınmış modelyer həbs olundu

Tanınmış modelyer həbs olundu
Tanınmış modelyer həbs olundu Mayın 11-də Şimali Kipr Türk Cümhuriyyətinin hava limanında 5 qram narkotik maddə ilə saxlanılan tanınmış modelyer Barbaros Şansal həbs edilib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 ay həbs cəzasına məhkum edilən modelyer onun 6 gününü qabaqcadan cəzaçəkmə müəssisəsində olduğu üçün, qalan 24 günü həbsxanada keçirəcək. B.Şansal həbsxanada heç bir qaydanı pozmazsa, cəzasından daha 5 gün ixtisar olunacaq.

Modelyer həbsxanadan çıxdıqdan sonra Türkiyəyə göndəriləcək. Onun yenidən ŞKTC-yə girişi isə Nazirlər Kabinetinin qərarından sonra bəlli olacaq.