» » Keçmiş ərindən Hülyanı əsəbləşdirəcək sözlər

Keçmiş ərindən Hülyanı əsəbləşdirəcək sözlər

Keçmiş ərindən Hülyanı əsəbləşdirəcək sözlər
Keçmiş ərindən Hülyanı əsəbləşdirəcək sözlər Tanınmış idman şərhçisi Qaya Çilingiroğlu şəxsi həyatından danışıb.

Ucarliyiq.biz - in “Hürriyet”ə istinadən məlumatına görə, Q.Çilingiroğlu keçmiş müğənni həyat yoldaşı Hülya Avşarı əsəbləşdirəcək açıqlamalar verib. Gözəl qadınları çox sevdiyini deyən Qaya həyatındakı xanımların övladları olduqdan sonra çox dəyişdiklərini və daha sevmədiyi insana çevrildiklərini deyib:

“Son iki evliliyimdə uşaq olduqdan sonra hər iki həyat yoldaşım özünü buraxdı. Onlar ana olub ərlərini unutdular”.

Qaya bir daha əsla evlənməyəcəyini bildirib:

“Bir daha əsla evlənmərəm! Hələ Hülya ilə heç vaxt. Düzdür, qızımız var. Ancaq Hülya ilə 3 gün yan-yana dayana bilmərik”.

Qeyd edək ki, Q.Çilingiroğlu H.Avşardan ayrıldıqdan sonra Fərayə Tanyolaçla evlənmiş, bu nikahdan bir oğlu dünyaya gəlmişdi. Cütlük daha sonra boşanmaq qərarına gəlmişdi.