» » Cem Yılmaz və "Recep İvedik" barışır

Cem Yılmaz və "Recep İvedik" barışır

Cem Yılmaz və "Recep İvedik" barışır
Cem Yılmaz və "Recep İvedik" barışır

Türkiyənin iki komediya ustası - Cem Yılmaz və Şahan Gökbahar - kassa rəqabətinə görə illərdir ki bir-birinə atmacalar atır, tənqid edirdilər.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, bu yaxınlarda C.Yılmazın "Ali Baba ve 7 cüceler" filminin təqdimatından sonra Şahan rəqibinə jest edib.

"Recep İvedik" obrazıyla tanınan aktyor İnstaqramdan Cem Yılmaza "uğurlar arzu edirəm, kassanız bol olsun" yazıb.

Qeyd edək ki, aktyorlar arasında son mübahisə vergi siyahısı ilə bağlı olmuşdu.