» » Dünyasını dəyişmiş aktyor "Forsaj-8"də də olacaq

Dünyasını dəyişmiş aktyor "Forsaj-8"də də olacaq

Dünyasını dəyişmiş aktyor "Forsaj-8"də də olacaq
Dünyasını dəyişmiş aktyor "Forsaj-8"də də olacaq

"Forsaj" ("Fast and furius") filminin yaradıcıları növbəti dəfə Pol Uokeri ekrana qaytarmaq istəyirlər.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 2013-cü ildə filmin 7-ci hissəsinin çəkilişlərinin başlanğıcında dünyasını dəyişən aktyoru ekranda qardaşı əvəz etmişdi. Belə ki, Kodinin siması texnikanın köməkliyi ilə qardaşının siması ilə uyğunlaşdırılmışdı.

Layihənin prodüserləri "Forsaj-8"də də bunu davam etdirmək niyyətindədirlər. Pol Uokerin fanatlarınının çoxu bunu dəstəkləsə də, bəziləri "ölüləri rahat buraxmaq lazımdır" deyərək bu ideyanın düzgün olmadığını deyiblər.

Qeyd edək ki, 2017-ci ilin aprelində təqdim olunacaq növbəti seriyada aktyorlar Brayan O.Konnor və Cordan Bryuster də geri dönəcək.