» » "Röyaya görə əsəbiləşdim" - Rəqsanə

"Röyaya görə əsəbiləşdim" - Rəqsanə

"Röyaya görə əsəbiləşdim" - Rəqsanə
"Röyaya görə əsəbiləşdim" - Rəqsanə Müğənni Rəqsanə İsmayılova həmkarı Röya Ayxanın “Bəyaz show”ya qatılmasına münasibət bildirib.

Ucarliyiq.biz - in məlumatına görə, sənətçi “Ondan sonra” verilişində qardaş ölkədə Röyaya qarşı hörmətsizlik edildiyini deyib:

“Röya “Kesin bilgi” klipinə az pul xərcləməyib. Həqiqəti deməyi xoşlayıram. Verilişdə Röya ilə birlikdə bir müğənni var idi (Merve Özbay - red.), heç tanınmır. Ən çox yeri ona verdilər. O, canlı oxuya bilmədi, ifası başdan-ayağa "falş" idi. Əsəb keçirtdim. Röyanın yerinə olsaydım, mikrafonu götürüb ona canlı ifanı göstərərdim. Amma bizim verilişlərə əcnəbi müğənni gəlsəydi, ən çox yeri qonağa verərdik. Röya Azərbaycanda sözünü demiş müğənnidir. Niyə elə təqdim olunmalıydı?”.

R.İsmayılova özünün qardaş ölkədəki fəaliyyətindən də bəhs edib:

“Türkiyədə tanınmaq çox çətindir. Bir müddət əvvəl oranın şou-biznesinə qatıldım, ən tanınmış prodüserlərlə görüşdüm. Bir klip çəkdirib, təqdim etməyə imkan vermirlər. Bizim ölkəyə başqa ölkədən müğənni gələndə sevə-sevə qarşılayırıq. Türkiyədə isə ancaq öz ifaçılarına dəyər verirlər".

<iframe height="360 src=http://embed.myvideo.az/flv_player/player.php?video_id=2069546.mp4" frameborder="0" width="640"></iframe>