» » Üçüncü dəfə barışdılar

Üçüncü dəfə barışdılar

Üçüncü dəfə barışdılar
Üçüncü dəfə barışdılar Model Dəniz Akkaya fiziki zorakılıq səbəbindən tərk etdiyi sevgilisi Murad Varolla yenidən barışıb.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, cütlük ötən gün İstinye Parkda alış-veriş edərkən görüntülənib. Bu, Dənizin Muradla 3-cü barışığıdır.

M.Varol tərəfindən döyüldüyü iddiası ilə məhkəməyə müraciət edən model onu özündən uzaqlaşdırma qərarı çıxartdırmış və “Bir araya gəlməyimiz bir daha əsla mümkün deyil” demişdi. Dünən isə cütlüyü bir yerdə görənlər təəccüblərini gizlədə bilməyiblər. İddialara görə, Murad hətta Dənizin evinə köçüb.

Qeyd edək ki, müğənni Gülşən də vaxtilə Murad Varoldan məhz fiziki zorakılıq səbəbindən boşanıb. Bundan əvvəl isə model Aysu Baceoğlu eyni səbəbdən Muraddan ayrılmışdı.