» » "Onunla qocalmaq istəyirəm"

"Onunla qocalmaq istəyirəm"

"Onunla qocalmaq istəyirəm"
"Onunla qocalmaq istəyirəm" Rejissor-aktrisa Ancelina Coli “People” jurnalına müsahibə verib.

Ucarliyiq.biz - in məlumatına görə, Hollivud ulduzu Bred Pittlə ailəli olan aktrisa uğurlu evliliyin sirlərini bölüşüb. Qocalmaqdan qorxmadığını deyən Coli Bredlə həmin dövrü səbirsizliklə gözlədiyini deyib:

“Biz Bredlə çox xoşbəxtik və zaman keçdikcə bir-birimizin necə dəyişəcəyini görmək üçün səbirsizlənirik. Onunla qocalmaq istəyirəm”.

Həyatyoldaşı ilə “By the Sea” (“Dəniz kənarında”) filmində çəkilən aktrisa film üzərində birgə işin onların nikahını möhkəmlətdiyini bildirib:

“Ciddi mübahisələr evliliyi daha da möhkəmləndirir. Əgər siz çiyin-çiyinə söykənirsinizsə, bu nikah daha da güclənir. Hər nə qədər mübahisəmiz düşsə də, sonda öz-özümə deyirəm ki, mənim vəzifəm onu sevməkdir”.