» » 3 ay evli qaldılar - "İkimiz də boşanmaq istəyirdik"

3 ay evli qaldılar - "İkimiz də boşanmaq istəyirdik"

3 ay evli qaldılar - "İkimiz də boşanmaq istəyirdik"
3 ay evli qaldılar - "İkimiz də boşanmaq istəyirdik"

Avqustda gizli şəkildə evlənən müğənni Helal Sezai və Zəhra Kaya dünən boşanıblar.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, nikahlarından iki həftə sonra boşanmaları haqqında xəbər yayılsa da, bunu təkzib edən cütlük bu dəfə fikir ayrılığını səbəb gətiriblər. Onlar məhkəməyə verdikləri ilk ərizədə yollarını ayırıblar. Tərəflər bir-birindən təzminat istəmədiklərini bildiriblər.

Zəhra məhkəmədə Sezai ilə münasibətləri barədə danışıb:

"16 ay birlikdə olduq. Bir neçə dəfə aramız dəysə də, evləndikdən sonra problemlərin həll olunacağını düşünmüşdük. Amma bacarmadıq, ikimiz də boşanmaq istəyirdik. Belə davam edə bilməzdi".