» » Gülben Ergen və həyat yoldaşı o serialı tənqid etdilər

Gülben Ergen və həyat yoldaşı o serialı tənqid etdilər

Gülben Ergen və həyat yoldaşı o serialı tənqid etdilər
Gülben Ergen və həyat yoldaşı o serialı tənqid etdilər

Müğənni Gülben Ergen "Eşkiya dünyaya hükümdar olmaz" serialındakı sevgi məsələlərini tənqid edib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, o və həyat yoldaşı Erhan Çelik serialın çoxarvadlılığı, qeyri-qanuni evliliyi təbliğ etdiyini deyiblər.

Serialın baş rol oyunçusu Oktay Kaynarca da Gülbenə cavab verib:

"Uğura hücum etmək də axır vaxtlar dəb halını alıb. Bu cahillikdir. Çox bilirsənsə, özün daha yaxşısını et. Dostumun mahnılarını sevərək dinləyirik, amma bu məntiqlə gərək bütün mahnılar "Hüzur Sokağı" kimi bir şey olsun. Bu məntiqlə dünyanın ən yaxşı mahnıları, filmləri gərək yazılmayaydı. Etdiyimiz hər şeyə "aman, birdən tamaşaçılar da edər" demək izləyicilər üçün təhqirdir. Qadağan olunmuş sevgiyə ilk dəfə bu serialda rast gəlirsiniz? Sizin və ya digər həmkarlarınızın mahnılarında heç vaxt bu haqda deyilməyib? Sənət azadlıqdır. Tənqid də doğruları tapmağımız üçündür, amma məsələyə də doğru baxmaq şərtdir".

Bundan sonra sənətçilər Tvitterdə qarşılıqlı yazışmalarını zarafatla bitiriblər.

Qeyd edək ki, "Eşkiya dünyaya hükümdar olmaz" serialında iki qadın arasında qalan Hızır Çakırbeylinin (O.Kaynarca) həyat yoldaşını Deniz Çakır, sevgilisini isə Müjde Uzman canlandırır.

Gülben Ergen və həyat yoldaşı o serialı tənqid etdilər