» » Türkiyə gözəli tərk edilməsini qəbul etmədi: "Xoşbəxt olsun"

Türkiyə gözəli tərk edilməsini qəbul etmədi: "Xoşbəxt olsun"

Türkiyə gözəli tərk edilməsini qəbul etmədi: "Xoşbəxt olsun"
Türkiyə gözəli tərk edilməsini qəbul etmədi: "Xoşbəxt olsun"

Türkiyə gözəl Amine Gülşe futbolçu Mesut Özilin ondan ayrılması ilə bağlı danışıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda “Asla vazgeçmem” serialında rol alan modellə Mesutun münasibətləri futbolçunun sosial şəbəkədə keçmiş sevgilisi ilə fotosunu paylaşmasından sonra bitib.

Gülşe bu barədə "aramızda həssas bir şey olmayıb. Sevgilisiylə xoşbəxt olsun. Ortada nə tərk etmək, nə də peşmanlıq var. Əvvəldən heç bir şey yox idi. Ağlayıb falan da eləmədim. Yazılanlara kədərləndim. Biriylə nişanlansam qürurla açıqlayacağam" deyib.

Qeyd edək ki, bir müddət əvvəl Amine Mesutu nəzərdə tutaraq "münasibətimizi gizli yaşayırıq" demişdi. Eyni zamanda nişan üzüyünün harada olması sualına isə model "evdədir" deməklə iddiaları təsdiqləmişdi.

M.Özil Berlində təşkil olunan "Bambi 2015" mükafatlandırma mərasiminə sevgilisi M.Kapristo ilə qatılıb. Çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşan Mesut soyadlarını birləşdirərək "ozistoisback" ("Ozisto" geri döndü) yazıb.