» » Ər-arvad veriliş aparacaqlar

Ər-arvad veriliş aparacaqlar

Ər-arvad veriliş aparacaqlar
Ər-arvad veriliş aparacaqlar 3 ay əvvəl ailə quran müğənni Yavuz Bingöllə həyat yoldaşı Öykü Gürman birlikdə veriliş aparacaqlar.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün kafelərdən birindən çıxarkən obyektivlərə tuş gələn cütlük proqramlarının yanvarda ekrana gələcəyini bildirib:

“Mahnılar oxuyacaq və hər həftə bir qonaq dəvət edəcəyik”.

Öykü müğənni qardaşı Berkin toyuna gəlməməsinin səbəbini isə belə izah edib:

“Uşaqlığından bəri toylara getməyi xoşlamır. Hər gün görüşürük. Aramızda problem yoxdur”.