» » İlham Mirzəyevin həbs müddəti azaldıldı

İlham Mirzəyevin həbs müddəti azaldıldı

İlham Mirzəyevin həbs müddəti azaldıldı
Teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdə dəyişiklik edilib.

Ucarliyiq.biz - in "modern.az"a isitnadən verdiyi məlumata görə, Ali Məhkəmədə teleaparıcı İlham Mirzəyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin kasasiya şikayəti qismən təmin edilib və onun barəsində olan hökmdə dəyişiklik edilib. Məhkəmə qərarına əsasən İ.Mirzəyevin cəzası 3 il 6 aya endirilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.