» » Küçədə yaşayan aktyora sahib çıxan tapıldı

Küçədə yaşayan aktyora sahib çıxan tapıldı

Küçədə yaşayan aktyora sahib çıxan tapıldı
Ötən gün Berlin küçələrində səfil halda görüntülənən tanınmış aktyor Birol Ünelə kömək əli uzadan tapılıb.

Ucarliyiq.biz “Hürriyət”ə istinadən xəbər verir ki, aktyorun Almaniyanın Köln şəhərində yaşayan rejissor dostu Hüseyin Yigit onu yaşamaq evinə dəvət edib. Daha əvvəl də maddi durumu pis olan Birola işlə bağlı kömək edən Hüseyn “O, mənim dostumdur. Onu çox sevirəm” deyib.

B.Ünel isə “Başımı yenidən bir damın altına salacağım üçün çox xoşbəxtəm” söyləyib.

Qeyd edək ki, Berlin küçələrində səfil halda obyektivlərə tuş gələn aktyor məşhur “Duvara karşı” filmində “sərxoş, tüfeyli həyat sürən”qəhrəmanın obrazını canlandırmışdı. Almaniya mətbuatı da aktyorun bu həyat tərzini “Filmdəki rolu real oldu” başlığı ilə gündəmə gətirmişdi.

Küçədə yaşayan aktyora sahib çıxan tapıldı

Küçədə yaşayan aktyora sahib çıxan tapıldı