» » Yeni albomu ilə satış rekordunu təzələdi

Yeni albomu ilə satış rekordunu təzələdi

Yeni albomu ilə satış rekordunu təzələdi
Yeni albomu ilə satış rekordunu təzələdi Müğənni Adelin yeni albomu “25” ABŞ-ın bütün tarixi ərzində satış rekordunu qırıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl bu reytinqə “N'Sync” qrupunun “No Strings Attached” albomu liderlik edirdi. 2000-ci ildə bu albom həftəyə 2,4 milyon satışla birinci yerə çıxmışdı. Adelin “25” albomu isə həftənin cəmi ilk 2 günündə 2,5 milyon nüsxə satılıb.

Qeyd edək ki, uzun müddətdir, karyerasına fasilə verən Adel oktyabrda “Hello” mahnısı və klipiylə ekrana qayıdaraq əsl “partlayış” edib.