» » "Mən səhnədə həmişə cavanam" - Yubileyini qeyd edən Afaq Bəşirqızı

"Mən səhnədə həmişə cavanam" - Yubileyini qeyd edən Afaq Bəşirqızı

"Mən səhnədə həmişə cavanam" - Yubileyini qeyd edən Afaq Bəşirqızı
Bu gün xalq artisti Afaq Bəşirqızının ad günüdür.

Ucarliyiq.biz - in məlumatına görə, 60 yaşı tamam olan aktrisa təəssüratlarını bizimlə bölüşüb.

O, özəl gününü ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib:

“Bu gün ailəmlə birlikdə olacam. Dövlət tərəfindən isə yubileyim noyabrın 7-də keçiriləcək. Dövlət tərəfindən gördüyüm diqqətə görə xalqıma borcluyam. Məni sevən, bu günə qaldıran onlar oldu. Ölkə başçımızın sənətimə verdiyi qiymət sevindiricidir. Bir sözlə, bu sərəncamı və təbriki
görəndən sonra, özümdən razı qaldım”.

Yaşının artmasından qorxmayan A.Bəşirqızı özünü səhnənin gənc xanımı adlandırıb:

“Yaşın artması təbiət hadisəsidir. Mən həyatımı gözəl formada yaşamışam. Ona görə də yaşlanmaqdan heyfslənmirəm. Həm mən səhnədə həmişə cavanam. Nə qədər ki, sağam, sənətdəyəm səhnənin sinəsində mətin addımlarla irəliləyəcəm”.

Qeyd edək ki, prezident İlham Əliyev A.Bəşirqızını yubileyi münasibətiylə təbrik edib. Dövlət başçısı həmçinin Afaq Bəşir qızı Səfərovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda A.Səfərova Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.