» » "Natiq" ritm qrupu əsl şou göstərdi - (FOTO)

"Natiq" ritm qrupu əsl şou göstərdi - (FOTO)

Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun solo konserti baş tutub.

Ucarliyiq.biz - in məlumatına görə, maraqlı anların yaşandığı gecədə qrup söhbətləri və ifaları ilə yadda qalıb.

“Yaşıl Teatr”da baş tutan mərasimdə ifaçılar səhnədən yox, məkanın həyətindən nağara ifa edə-edə tamaşaçıların qarşısına çıxıblar. Ən maraqlısı isə əməkdar artist, skripka ifaçısı Səlim Abbasovun da onlarla birlikdə nağara ifa etməsi olub.

N.Şirinov tamaşaçılarla söhbət edərək, sənətə gəldiyi gündən başına gələn hadisələri onlarla bölüşüb:

“Ritm bizə babalarımızdan qalıb. Bizim borcumuz onu yaşadıb, gələcək nəslə ötürməkdir. Ritm varsa, yaşamaq da var. Məni izləməyə gələn xalqımın sevgisini, alqışını görüb, nağara ifa etmək həvəsim daha da artır. İlk dəfə mən qrupumla toya gedəndə 50 dollar istəmişdim. Bəyin atası isə 5 nağaranı bir arada görüb, etiraz etmişdi. 50 dollara o qədər ehtiyacımız var idi ki... Bəy atasını birtəhər yola gətirdi. Toyda elə ifa etdik ki, atası o pulun üstünə 50 dollar da artıq qoyub verdi. Bu günə gəlib çatmaq üçün çox yol keçdik. Bu alqışları da damla-damla qazanmışıq”.

Sonda qrup "su şousu" nümayiş etdirib.

Konsertin başa çatmasına baxmayaraq, tamaşaçılar zalı tərk etməyib, qrupun yenidən geri qayıdıb, ifa etməsini istəyib. N.Şirinov anasını səhnəyə çağıraraq, ona təşəkkür edib və tamaşaçıların istəyi ilə yenidən mahnılar səsləndirməyə başlayıb.

Foto: Ramin ASLANOV