» » Cəriməsini ödəməyən müğənninin əşyaları müsadirə olunacaq

Cəriməsini ödəməyən müğənninin əşyaları müsadirə olunacaq

Cəriməsini ödəməyən müğənninin əşyaları müsadirə olunacaq
Cəriməsini ödəməyən müğənninin əşyaları müsadirə olunacaq Müğənni Lərzan Mutlunun həmkarı Songül Karlıya qarşı qaldırdığı məhkəmə prosesi yeni bir qalmaqalla gündəmə gəlib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Lərzan Songülü onun haqqında dediyi “Seda Sayana bənzəmək üçün özünü cırdı” sözlərinə görə məhkəməyə vermişdi. Bu yaxınlarda yekunlaşan məhkəmənin qərarına əsasən, S.Karlı “təhqir” maddəsi ilə 11 min lirə (təxminən 3500 manat) təzminat ödəməyə məhkum olunmuşdu. Ancaq üzə çıxmayan Songül ona verilən cəriməni ödəməkdən də imtina edib. Bu səbəbdən məhkəmə onun evinə əmlakının müsadirə olunması üçün xüsusi heyət göndərib.

L.Mutlu isə S.Karlıdan alacağı pulla ehtiyacı olan tələbələrin təhsil haqqını ödəyəcəyini bildirib.