» » Məşhur aktyor qızından imtina edib?

Məşhur aktyor qızından imtina edib?

Məşhur aktyor qızından imtina edib?
Məşhur aktyor qızından imtina edib? Hollivud ulduzu Tom Kruzun qızı Suridən imtina etməsi yenidən gündəmə gəlib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 800 gündən çoxdur qızını görməyən, hətta fürsət olanda bundan yararlanmayan 53 yaşlı aktyor həyat yoldaşı Keti Holmsdan boşandıqdan sonra qızı ilə görüşməkdən imtina edib.

Artıq 9 yaşı olan Suri üçüncü ildir ki, atasını görmür. Aktyor bir müddət əvvəl bu haqda "iş proqramım çox ağır olduğu üçün evimdən uzaqdayam, ona görə qızımı da görə bilmirəm" demişdi. Lakin Nyu-Yorkdakı film çəkilişləri vaxtı da o, yaxınlıqda olan qızını görməyə getməyib.

Qeyd edək ki, Suri atasıyla sonuncu dəfə 2012-ci ildə birgə görünmüşdü. Kruzun bu davranışının üzvü olduğu "Scientology" təriqəti ilə əlaqələndirilir.

Lakin T.Kruzun mətbuat xidməti aktyorun qızı ilə görüşdüyünü, lakin bunu mediadan gizli etdiyini deyib.