» » Rəhim diz çökdü, Röya onunla barışdı - video

Rəhim diz çökdü, Röya onunla barışdı - video

Rəhim diz çökdü, Röya onunla barışdı - video
Müğənni Röya Ayxan solo konsertində həmkarı, yaxın dostu Rəhim Rəhimlidən incidiyini bildirmişdi.

Ucarliyiq.biz - in məlumatına görə, sənətçinin "Rəhimin mahnısı yaxşıdır, amma özündən zəhləm gedir" sözlərinə qarşı tərəfdən reaksiya gəlib. Belə ki, R.Rəhimli ötən gün Röyanın "Yaşıl Teatr"dakı solo konsertinə gələrək, barışıq əlini uzadıb.

Səhnəyə çıxan sənətçi ona gül dəstəsi verərək, qarşısında diz çöküb və bunları deyib:

"Bir müddət əvvəl aramızda inciklik olmuşdu. Sivil insanlarıq, ona görə də istəmədik bu haqda kimsə nəsə bilsin. Küsülülüyümüzü gizli saxladıq. Eşitdim ki, Röya konsertdə deyib, "Rəhimdən zəhləm gedir". Röya, mən səni çox sevirəm. Arada belə anlaşılmazlıqlar olur".

R.Rəhimli daha sonra "Sən artıq ərdə deyilsən. Sən indi bizimsən, mənimsən dostum" deyə, əlavə edib.