» » Ərinin xəyanətindən danışmaq istəmədi - (FOTO)

Ərinin xəyanətindən danışmaq istəmədi - (FOTO)

Ərinin xəyanətindən danışmaq istəmədi - (FOTO)
Ərinin xəyanətindən danışmaq istəmədi - fotolar

Model Seçkin Piriler həyat yoldaşı, “Duman” qrupunun solisti Kaan Tangözenin xəyanətindən sonra ilk dəfə ortaya çıxıb.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, model rəfiqəsi və iki cangüdəni ilə birlikdə dəfilələrdən birinə qatılıb. Seçkin jurnalistlərin suallarını cavablandırmamaq üçün dəfilədən sonra kulisə keçib. Bir qədər sonra isə müxbirlərə ismarış göndərərək “Xahiş edirəm, heç kim mənə o mövzu ilə bağlı sual verməsin. Əgər dəfilə ilə bağlı nəsə soruşacaqlarsa, çıxıb cavablandıra bilərəm” deyib.

Paparassilər S.Pirilerin bu istəyi ilə razılaşsalar da, modelə ərinin xəyanəti ilə də bağlı sual veriblər. Seçkin isə bu sualı “Dəfilə xoşunuza gəldi?” sözlərilə eşitməzlikdən gəlib.

Qeyd edək ki, Seçkin Pirilerlə Kaan Tangöze 5 ildir, ailəlidir. Cütlüyün 2 övladı var. Kaan bu yaxınlarda məkanların birindən çıxarkən başqa bir qadınla görüntülənmişdi.

Ərinin xəyanətindən danışmaq istəmədi - (FOTO)

Ərinin xəyanətindən danışmaq istəmədi - (FOTO)