» » Nadir Qafarzadə yep yeni (Ay Maral-2015)

Nadir Qafarzadə yep yeni (Ay Maral-2015)

Nadir Qafarzadə yep yeni (Ay Maral-2015)


Müğənni Nadir Qafarzadə “Ay maral” adlı mahnı ifa edib. Ucarlıyıq.Biz saytına açıqlama verən ifaçı bildirib ki, bu gün təqdim etdiyi “Ay maral” bir neçə il öncə ifa etdiyi “Maral”ın ikinci hissəsidir:



“2013-ci ildə ifa etdiyim “Maral” mahnısına görə çox müzakirə olundum. Mahnını bəyənənlər çox olsa da, tənqid edənlər də oldu. Bütün bu tənqidlərə baxmayaraq “Maral” “Youtube” şəbəkəsində ən çox dinlənilən Azərbaycan mahnısı oldu. Əminliklə söyləyə bilərəm ki, bu günə qədər də mahnı mənim ifamda sevilir. Hətta mahnının baxış sayı milyonu keçib. Bu da bir ifaçı kimi məni sevindirir. Həmin mahnıdan sonra bir çox pərəstişkarlarım soruşurdular ki, “Maral”ın ardı gəlməyəcək? Məhz sevənlərimin istəyini nəzərə alıb “Ay maral” mahnısını yazdırdım”.



Qeyd edək ki, N.Qafarzadənin 2013-ci ildə ifa etdiyi “Maral” adlı mahnı “Youtube” şəbəkəsində 6 milyondan çox baxış sayı yığıb.