» » Tanınmış aktyoru ölümlə hədələdilər

Tanınmış aktyoru ölümlə hədələdilər

Tanınmış aktyoru ölümlə hədələdilər
Tanınmış aktyoru ölümlə hədələdilər Tanınmış aktyor Kadir İnanır adına saxta sosial şəbəkə hesabları açılmasına əsəbləşib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirən aktyor hətta ölümlə hədələndiyini deyib:

“Uzun müddətdir, adıma saxta profillər açıb, kütlə içərisində məni alçaltmağa çalışan saxtakarlara sözüm var. Mən imanlı insanam, ölümdən qorxmuram. Düşündüklərimi hamıya açıq-aşkar söyləyirəm. Sülh tərəfdarı olaraq yaşamağa və mübarizəmə davam edəcəyəm. Bu sosial şəbəkə saxtakarlarına heç kəs inanmasın”.