» » Adriana Limadan qalmaqallı işarə ilə bağlı açıqlama

Adriana Limadan qalmaqallı işarə ilə bağlı açıqlama

Adriana Limadan qalmaqallı işarə ilə bağlı açıqlama
Dünyaca məşhur model Adriana Limanın ötən ay Mayamidəki idman zallarından birində türkiyəli boksçu Buğra Önerin istəyi ilə göstərdiyi “bozqurd” işarəsiylə bağlı söz-söhbətlər hələ də davam edir.

Ucarliyiq.biz - in “Hürriyət”ə istinadən xəbərinə görə, 33 yaşlı braziliyalı modelin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verib.

İngilis qəzeti “Daily mail”in yayımladığı xəbərdə bunlar qeyd olunub:

“Video Adriananın Mayamidə getdiyi idman zalını ziyarət edən boksçunun istəyi ilə lentə alınıb. Etdiyi işarənin isə həmin idman mərkəzinin işarəsi olduğu deyilib. O, etdiyi hərəkətin siyasi bir məna daşıdığından xəbərsizdir. Adrianın Türkiyədəki heç bir siyasi partiya ilə əlaqəsi yoxdur. Bu cür qruplaşmalarla əlaqəsi olduğu iddialarını rədd edirik. Yaxşı niyətindən istifadə edilərək, belə bir videonu çəkmələri Limanı məyus etdi”.