» » Rus qəzeti "Möhtəşəm yüz il"in ölkədə qadağasını lağa qoydu

Rus qəzeti "Möhtəşəm yüz il"in ölkədə qadağasını lağa qoydu

Rus qəzeti "Möhtəşəm yüz il"in ölkədə qadağasını lağa qoydu
Rus qəzeti "Möhtəşəm yüz il"in ölkədə qadağasını lağa qoydu

Moskva və Ankara arasında baş verən təyyarə böhranından sonra iki ölkə arasında münasibətlər soyumağa davam edir.

Ucarliyiq.biz - in məlumatına görə, "Komsomolskaya Pravda" qəzetində Moskva şəhər məclisinin üzvü Yevgeniy Gerasimovun maraqlı açıqlaması yer alıb. Millət vəkili Rusiyada yayımlanan türk seriallarının qadağasını tələb edib:

"İlk olaraq "Möhtəşəm yüz il" qadağan olunmalıdır. Çünki izləməyə dəyər bir şey deyil".

Qəzet də Gerasimovun bu açıqlamasını lağa qoyaraq əlavə edib:

"Bizə görə təkcə "Möhtəşəm yüz il" deyil, Tarkanın mahnıları da qadağan olunsun. Sonra Rusiyada məşhur "Xor Tureçkovo" var, onun da rus əsilli şefinin soyadı "Türkoğlu" olduğu üçün heç şansı yoxdur. İngiliscədə "hind toyuğu" da Türkiyə ilə eyni sözdür - "Turkey". Ona görə hind toyuğu əti də qadağan olunsun. Ayrıca, türk qəhvəsinə də başqa ad tapmalıyıq".