» » Gülben Ergen ona "yaltaq" deyənlərə cavab verdi: "Nankor..."

Gülben Ergen ona "yaltaq" deyənlərə cavab verdi: "Nankor..."

Gülben Ergen ona "yaltaq" deyənlərə cavab verdi: "Nankor..."
Gülben Ergen ona "yaltaq" deyənlərə cavab verdi: "Nankor..."

Müğənni Gülben Ergen "Altın Kelebek" mükafatlandırma mərasimində səhnədən həbsdə olan jurnalist Can Dündara salam göndərdiyi üçün tənqid olunur.

Ucarliyiq.biz - in məlumatına görə,hətta verilişlərdən birində ifaçını "Türkiyənin ən yaltaq və süni müğənnisi" da adlandırıblar. Bütün bunların üzərindən Gülben İnstaqramda onu tənqid edənlərə cavab ünvanlayıb:

"Dostunun ittiham səbəbi səni nankor edərsə, təhlükə budur. Deniz Sekiyi hər ziyarətimdə "üç uşağın var, utanmırsan?" deyə tənqid olundum... Təhqirlər, günahlandırmalar. Amma günahı olsa da, olmasa da, o, mənim dostumdur. Ziyarət etdim, yenə də edəcəyəm.

Can Dündar isə gündüz saatlarında heç bir proqrama qonaq olmadığı halda, karyerasına aiddiyyəti olmayan, onun oxucusuna müraciət etməyən əyləncəli proqramıma qonaq oldu. Sadəcə bir telefonumla, bir xahişimlə... Həmişə bununla fəxr etdim. Qonşu telekanallarda həmkarlarımın dəvət edə bilmədiyi qonaq idi. Eynən Elif Şafak kimi... Mənə inanaraq qonağım oldular.

Dostluğunu gördüyüm hər insana salam da yollayaram, ziyarət də edərəm.... Mən ittihamla bağlı heç bir şey demədim.. Mən həm prezident Rəcəb Tayyip Erdoğanın qonaqlığında oldum, həm də Can Dündara salam göndərdim. Sizi bu narahat edir ki, necə edə bilirəm bunu?

Allah rizası üçün Həccə getdiyimi də tənqid edirsiniz. Siz mənim hər işimə qarışdığınız anda hörmətsizlik edirsiniz. Sizin kimi 24 saat siyasi müzakirələrdə deyiləm".