» » Azərbaycanlı musiqiçiyə Fransadan qeyri-adi mahnı sifarişi... (FOTO)

Azərbaycanlı musiqiçiyə Fransadan qeyri-adi mahnı sifarişi... (FOTO)

Azərbaycanlı musiqiçiyə Fransadan qeyri-adi mahnı sifarişi... (FOTO)

Dünya şöhrətli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun həyat yoldaşı dahi rəssamla yaşadığı sevgisini əbədiləşdirmək qərarına gəlib. Ucarliyiq.biz-in məlumatına görə, mərhum rəssamın xanımı Sevil Nərimanbəyova bu məqsədlə Murad Arifə mahnı sifariş verib.
Tanınmış teleaparıcı, şoumen və musiqiçi sifarişlə bağlı təəssüratlarını Ucarliyiq.biz-lə bölüşdü: "2014-cü ilin noyabr ayı idi... Göydən bir yağış yağır ki, tut ucundan göyə çıx. İçimdə qəribə bir hiss var. Sanki, qeyri - adi bir görüş, tanışlıq baş tutmalıdır. Adətən, belə şeyləri mən öncədən hiss edə bilirəm. Sükandaykən zəng çaldı. Bağlı nömrə... Bağlı nömrələrə cavab vermirəm. Amma həmin hiss məni tərk etmir və mən dəstəyi götürürəm. Zəng edən, Paris şəhərində yaşayan bir azərbaycanlı xanımdır. Və bu xanım həyatımda aldığım ən qeyri-adi mahnı sifarişi üçün mənə zəng edir. Balaca oğlu ilə Fransada yaşayır. Parisə illər öncə həyat yoldaşının işi ilə əlaqədar köçüb. Həyat yoldaşı, məşhur rəssam, dünyasını Parisdə dəyişir və orada basdırılır. Xanım və oğlu isə Fransada öz həyatlarını davam edir. İndi onun həyatda tək təsəllisi oğlu, həyat yoldaşının çəkdiyi rəsmlər və xatirələrdir. Sevdiyi insanla bağlı xatirələr... Həmin xanımın istəyi, arzusu budur ki, mən, "Sevgililər" adlı mahnı yazım. Elə bir mahnı ki, onların sevgi hekayəsini, bərabər yaşadıqları illəri və ayrılıqlarını təsvir edə bilsin. Çünki, rəhmətlik rəssam 1988-ci ildə "Sevgililər" adlı bir rəsm çəkib və bu rəsmi öz sevgisinə həsr edib. Xanım təkid edir ki, mahnını məhz mən özüm oxuyum.
Skayp vasitəsi ilə günlərlə həyat yoldaşı haqqında danışır, onunla bağlı məlumatlar, görüntülər, müsahibələr göndərir... Bütün bu məlumatlar və əlbəttə ki, xanımın barışa bilmədiyi, üzücü ayrılıq hekayəsi məndə belə bir əsərin yaranmasına səbəb olur. Mahnıdan bir sitat: "Ölməz sevgi, ayrılsa da sevgidir...". 7 ay üzərində işlədiyim mahnını həyəcanla ona göndərirəm. Gecənin bir aləmində cavab gəlir. Göz yaşları, sevinc və təşəkkür!
Həmin xanım dünya şöhrətli rəssam, Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyovadır..."
Birinci həyat yoldaşı vəfat etdikdən görkəmli rəssam musiqiçi Sevil Nəcəfzadə ilə evlənib. Cütlük Fransanın paytaxtı Parisdə yaşayırdı. Bu evlilikdən rəssamın bir oğlu doğulub - Fransua Nərimanbəyov.
Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdə vəfat edib.
Azərbaycanlı musiqiçiyə Fransadan qeyri-adi mahnı sifarişi... (FOTO)

Toğrul Nərimanbəyovun "Sevgililər" əsəri

Mənbə: Ans</span