» » Moskvada unikal sərgi görənləri heyran edir (VİDEO)

Moskvada unikal sərgi görənləri heyran edir (VİDEO)

Moskvada unikal sərgi görənləri heyran edir (VİDEO)

Moskvada unikal bir sərgi açılıb. Dünya ədəbiyyatının ən gözəl əsərlərinin qəhramanları qumdan hazırlanmış heykəllər obrazında canlandırılıb.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Moskvanın Kolomenski istirahət parkında açılan “Dünya ədəbiyyatının şah əsərləri” adlı qum heykəlləri sərgisi maraqlı mənzərələrlə yadda qaldı.
Qoqol, Bulqakov, Servantes, Şekspir, Dostoevski, Tolstoy, Puşkin kimi 20-yə yaxın tanınmış yazıçının əsərlərinin qəhramanlarını canlandıran qum heykəllər izləyənlərə sanki o kitabları yenidən oxuyurmuş kimi təəssüratı bağışlayırdı.
Rusiya, Ukrayna, Bolqarıstan və Belarusu təmsil edən 15 heykəltaraşın bir həftəlik fasiləsiz əməyi nəticəsində ərsəyə gələn bu sənət əsərləri arasında İkinci dünya müharibəsində qələbənin 70-ci ildönümünə həsr olunmuş 7 metr hündürlüyündə heykəl də diqqət çəkirdi. Ən pis hava şəraitində belə aylarca dağılmayan bu heykəllər xüsusi metodlarla hazırlanır.
“Bu heykəllər müəyyən miqdarda gil qarışdırılmış xüsusi növ çay qumundan hazırlanır. Əvvəlcə qumu taxta qəliblərin içinə töküb presləyirik. Sonra isə yuxarıdan başlayaraq aşağıya doğru fiqurları hazırlayırıq. Daha sonra isə buna yapışdırıcı maddələr əlavə edirik. Əgər hazırlanma texnologiyasında bütün şərtlərə əməl edilibsə, bu heykəllər bir neçə mövsüm belə dağılmadan qalır”, - deyə heykəltəraş Yevqeniy Qomanov bildirib.
Ədəbiyyat tarixinin canlı qəhrəmanları hələ sentyabrın 27-dək sərgilənəcək.

Mənbə: Ans</span