» » Tanınmış aktyor xərçəngdir

Tanınmış aktyor xərçəngdir

Tanınmış aktyor xərçəngdir
Tanınmış aktyor xərçəngdir Aktyor Vel Kilmerin qırtlaq xərçənginə tutulduğu deyilir.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, aktyor bir neçə dəfə Oskar Devis adıyla xəstəxanada müalicə də olunub. Vel Kilmer isə “Facebook” hesabından hər hansı bir xəstəxanada yatmadğını yazıb:

“Sevginizə və dəstəyinizə görə minnətdəram. Ancaq mən heç bir xəstəxanada müalicə olunmamışam. Yalnız qanımda hər hansı bir infeksiyanın olub-olmadığını yoxlamaq üçün ora getmişdim”.

55 yaşlı aktyorun bütün təkziblərinə baxmayaraq, son zamanlar boğaz nahiyyəsini örtən koftalar və şərflər taxması dedi-qoduları gücləndirir.