» » Avstriyada Azərbaycan müsiqilərindən ibarət konsert keçirilib (VİDEO)

Avstriyada Azərbaycan müsiqilərindən ibarət konsert keçirilib (VİDEO)

Avstriyada Azərbaycan müsiqilərindən ibarət konsert keçirilib (VİDEO)

Avstriyada isə klassik Azərbaycan müsiqilərindən ibarət konsert keçirilib.
Alp dağlarının qoynunda Avstriyanın ən füsunkar təbiətin malik Karintiya əyalətində keçirilən konsert proaqramında Üzeyir Hacibəyli adına Bakı Müsiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli və məşhur violençel ifaçısı dirijor Dmitri Yablonski, eləcə də Vyana konservatoriyası, Riçard Vaqner konservatoriyası, Vyana Musiqi və Təsviri İncəsənət Univesitetinin azərbaycanlı tələbə və məzunları çıxış edib.
Tədbirdə yerli bələdiyyə və icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və musiqi sevərlər iştirak edib.
Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacibəyli, Niyazi, Soltan Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov, Fikrət Əmirov, Tofiq Quliyev və digər bəstəkarların əsərləri səsləndirilib.
Klassik Azərbaycan musiqisinin sehrinə düşən tamaşaçılara bəstəkarlarımız və onların Azərbaycan mədəniyyətinə verdiyi töhvələr barədə də məlumat verilib.

Mənbə: Ans</span