» » Məşhur futbolçu peşəsini dəyişir

Məşhur futbolçu peşəsini dəyişir

Məşhur futbolçu peşəsini dəyişir

Məşhur futbolçu Devid Bekhem "Cinayətkarlar" adlı qısametrajlı filmə çəkilib.
Ucarliyiq.biz-in məlumatına görə, "Mançester Yunayted"in keçmiş oyunçusu Devid Bekhem yeni filmə çəkilib. Futbolçu ilə birlikdə ekranda Harvi Keyter və Keti Moriarti də görünəcək.
Filmin icraçı prodüseri aktrisa Liv Tayler, rejissoru isə Ceremi Kasperdir.
Məşhur futbolçu peşəsini dəyişir

Liv Tayler - "Cinayətkarlar" filminin prodüseri, məşhur aktrisa
Bekhem çəkildiyi filmdən razı qaldığını deyib: "Mən həmişə özümü müxtəlif yöndən görməyi sevirəm. Liv Tayler və Ceremi Kasper kimi insanlarla bir yerdə işləməkdən zövq aldım."
Filmdə hadisələr Meksikada baş verir. Bekhemin qəhrəmanı bir zamanlar aşiq olduğu sirk aktrisasını axtarmağa yola düşən baykerdir. Bu aktrisanı isə filmdə amerikalı Ketrin Uoterston canlandırıb. Filmin premyerası sentyabr ayında Londonda moda həftəsi çərçivəsində reallaşacaq.
Məşhur futbolçu peşəsini dəyişir

"Cinayətkarlar" filmindən kadr
Çəkilişlər "Belstaff" ingilis brendinin Bekhemlə bağladığı müqavilə çərçivəsində həyata keçirilib. "Belstaff" əsası 1924-cü ildə Böyük Britaniyada qoyulan geyim brendidir. Şirkət suyadavamlı jaketlərin istehsalında ixtisaslaşıb. "Belstaff" "Roma" futbol klubunun əsas sponsorlarından biridir.

Mənbə: Ans</span