» » Milyonçu aktrisaların siyahısı açıqlandı

Milyonçu aktrisaların siyahısı açıqlandı

Milyonçu aktrisaların siyahısı açıqlandı

Amerikanın məşhur aktrisası Cennifer Lourens "Forbes" jurnalına görə dünyanın ən gəlirli aktrisası seçilib.
Ucarliyiq.biz-in məlumatına görə, son 12 ay ərzində 25 yaşlı aktrisa 52 milyon dollar qazanıb.
Milyonçu aktrisaların siyahısı açıqlandı

Cenifer Lourens
Amerikanın Kentuki ştatında dünyaya gələn Cenifer 14 yaşında olarkən valideynlərini onu Nyu-Yorka aparıb aktyor agentliyinə yazdırmağa inandırıb. Məktəbi iki il tez bitirən yeniyetmə Lourens aktyorluq dərsi almamağına rəğmən, getdiyi agentlikdə hər kəsi öz istedadı ilə heyran edib.
2013-cü ildə "Ən yaxşı aktrisa” nominasiyasında "Oskar” və "Qızıl Qlobus” mükafatlarına layiq görülüb.
Elə həmin ildə "Forbes” jurnalı onu Ancelina Colidən sonra ən yüksək qonorarlı aktrisası elan edib.
Aktrisa bir ildən çoxdur ki, "Dior” moda evinin simasıdır və bütün tədbirlərə bu brendin geyimlərində qatılır.
Lourens iki il aktyor Nikolas Holtla görüşüb, cütlük 2013-cü ildə ayrılıb.
Milyonçu aktrisaların siyahısı açıqlandı

Nikolas Holt
Daha bir amerikalı aktrisa Skarlett Yohansson 35,5 milyon dollarlıq gəliri ilə ikinci yerin sahibəsidir.
Milyonçu aktrisaların siyahısı açıqlandı

Skarlett Yohansson
"Casus" filminin ulduzu Melissa Makkarti isə 23 milyon dollar qazancı ilə üçüncü yerdə qərarlaşıb.
Milyonçu aktrisaların siyahısı açıqlandı

Melissa Makkarti

Mənbə: Ans</span