» » Tovuz sakinin şəxsi muzeyi var (FOTO)

Tovuz sakinin şəxsi muzeyi var (FOTO)

Tovuz sakinin şəxsi muzeyi var (FOTO)

Kiçik biznes fəaliyyəti ilə məşğul olan Tovuz rayonunun Əyyublu kənd sakini Mübariz Mehralıyevin özünə aid muzeyi var.
Mübariz işlətdiyi mebel salonunda tarix-diyarşünaslıq muzeyi yaradıb. Muzeyi gildən düzəldilmiş məişət əşyaları, ayrı-ayrı dövrlərdə yaşamış sənətkarların oyma işləri bəzəyir. Muzeydə yalnız Əyyublu kəndi ərazisindən tapılmış 2500-dən çox saxsı əşya nümunəsi toplanıb. Mebel sexində də qədim naxış və oyma sənətinin ənənələrinə söykənən qapı-pəncərələr, pilləkənlər və s. düzəldilir. Salona qoyulmuş əl işlərinə baxanda özünü uzaq keçmişdə hiss edirsən.
Mübariz otuz ilə yaxındır ki, tarixi nümunələri toplamaqla məşğuldur və yüzlərlə sınmış əşyaları bərpa edib. Mütəxəssislərin rəyinə görə, onlardan bəzilərinin 5000 ildən çox yaşı var. Artıq kənd sakinləri tapdıqları hər bir qədim əşyanı Mübarizin yanına gətirirlər.
Tovuz sakinin şəxsi muzeyi var (FOTO)

Mübariz Mehralıyevin şəxsi muzeyi
”Mən tək bu işin öhdəsindən gələ bilməzdim, sağ olsun camaatımızı, bu muzeyi onların sayəsində ərsəyə gətirdim”,-deyə M.Mehralıyev bildirir.
O, muzeyindəki hər bir gil parçasının qızıldan qiymətli olduğunu vurğulayaraq deyir: ”Çünkü onlar mənim babalarımın - alplıların, çıraqlıların, menteşlərin, cırdaxanlıların tarixini və mədəniyyətini özündə əks etdirir”.

Mənbə: Ans</span