» » Təranə Muradova konsert verməyə hazırlaşır (VİDEO)

Təranə Muradova konsert verməyə hazırlaşır (VİDEO)

Təranə Muradova konsert verməyə hazırlaşır (VİDEO)

Azərbaycan peşəkar rəqs sənətinin gözəl ifaçılarından Təranə Muradova bu il yubileyilə yanaşı, səhnə həyatının 33 illiyini qeyd edir. Təranə Muradova. Bu adı deyəndə yəqin ki, bir çoxlarının gözü qarşısında “Qoçəli”, “Uzun dərə” və ya digər milli rəqslərimiz canlanacaq.
Bu da əbəs deyil, artıq uzun illərdir rəqslə məşğul olan Təranə xanım Azərbaycanın xalq artisti adını qazanıb. İfa etdiyi rəqslərdə hər bir incəliyi ustalıqla yerinə yetirən Muradova Dövlət Rəqs ansambılının solisti - baletmeysteridi.
Artıq 33 ildi ki, səhnə fəaliyyətilə məğul olan mahir rəqqasə, bu yaxınlarda yubileyini qeyd etdi. Milli rəqslərlə yanaşı əcnəbi rəqslərində sərrast ifaçısı olan Təranə xanımdan daha çox hansı rəqsləri sevdiyini öyrəndim:
“Argentina rəqsi xarektercə mənə daha uyğundu. Mən onu gözəl ifa elədim. Və “Vağzalı” “Mirzeyi” rəqsi o mənim üçün çox yaxın oldu. Ən uğurla alqışlanan “Cəngi” və “Uzun dərə” rəqslərim olub”.
O Əfrasiyyəb Bədərbəylinin “Qız Qalası” baletində gürcü qızı “Topal Teymur” televiziya tamaşasında isə xareoqrafiya üzrə solist olub. Həmçinin xalq artisti Heydər Əliyev adına Sarayda onun yaradıcılığına həsr olunmuş konsertin də keçiriləcəyini bildirdi.
Dünyanın əksər dövlətlərində Azərbaycan incəsənətini və mədəniyyətini özünə məxsus ustalıq və incəliklə təmsil edən Muradova Azərbaycan rəqslərinin xaricdə çox sevildiyini və o bu rəqslərlə ölkəmizi təmsil etməkdə qürur duyduğunu bildird.

Mənbə: Ans</span