» » Elza Seyidcahanın qızının xına mərasimi (VİDEO)

Elza Seyidcahanın qızının xına mərasimi (VİDEO)

Elza Seyidcahanın qızının xına mərasimi (VİDEO)

Dünən ekstravaqant xanım Elza Seyidcahanın qızı Gülşənin xınası baş tutdu. Gəlindən çox Elza xanımın geyimi, saç düzümü isə daha maraqlıdır.
Daim saç düzümü və geyimlərilə ətraf aləmə meydan oxuyan və bəzilərinin fikrincə, hətta səhnəmizin Lady Gagası olan əməkdar artist Elza Seyidcahan qızı Gülşənə xına yaxdı mərasimi keçirdi.
Maraqlı məkanda baş tutan mərasim maraqlı anlarla yadda qaldı.
Gülşənlə Elxal Əlisatovun xeyir işində aparıcılığı Fatimə Fətəliyeva etdi.
Həmçinin Elza xanımınm həmkarları onu bu gün münasibətilə təbrik də etdilər.
Qarmon ifaçısı Gülbahar Şükürlü Allahda bu cütlüklərə xoşbəxtlik, oğullu-uşaqlı olmasını arzu etdi.
“Bu gün Elza xanım üçün xoşbəxt bir gündür. Mən də qız anasıyam, onun həyacanını daha yaxşı başa düşürəm. Bunu sözlə ifadə etmək mümkün deyil" – deyə rəqqasə Fatimə Fətəliyeva bildirib.
Belə bir gündə Elza Xanımın hisslərinə şərik çıxdıq.
“Bu gün çox xoşbəxtəm. Bu xoşbəxtliyə çox çətinliklə nail olmuşam. Hər zamanı bəyan etmişəm ki, analar çox zəhmətkeş, qayğıkeş, əzabkeşdirlər” – deyə əməkdar artist Elza Seyidcahan fikrini açıqlayıb.
Cütlüyün toyu avqustun 24 baş tutacaq.
Həyata birgə qədəm qoyan cavanları təbrik edirik!

Mənbə: Ans</span