» » 42 yaşlı model milyarderin cavabını belə verdi

42 yaşlı model milyarderin cavabını belə verdi

42 yaşlı model milyarderin cavabını belə verdi

68 yaşlı multimilyarder Donald Tramp məşhur alman modeli Haydi Klumun artıq yaşa dolduğunu deyib.
Ucarliyiq.biz-in məlumatına görə Tramp "New York Times" nəşrinə verdiyi müsahibədə "Təəsüflər olsun ki, Haydi Klumun gözəlliyi 10 ballıq şkala ilə artıq ölçülə bilməz. O əvvəlki Haydi deyil" deyib.
42 yaşlı model milyarderin cavabını belə verdi

Haydi Klum - supermodel
Donald Trampın bu sözlərinə Xanım Klumun da cavabı özünü çox gözlətməyib. Haydi Donalda şəxsi instaqram səhifəsində məzəli videoçarx həsr edib.
Videodan da göründüyü kimi, Haydi sinəsində 10 rəqəmi yazılan kağız ilə şəkil çəkdirir. Arxadan Haydiyə D.Trampın maskasını geyinən şəxs yaxınlaşaraq qəfildən onun üzərindən 10 rəqəmini qopardir. Kağızın yerində isə Klumun köynəyindəki 9,99 rəqəmi görsənir.
Bu zaman tamaşaçıların diqqətini Haydi Klumun reaksiyası çəkir. Model əvvəlcə dəhşətə gəldiyini göstərir, ardıncada isə çiyinlərini ataraq sadəcə gülümsəməyə başlayır.
42 yaşlı model karyerasına 1992-ci ildə 18 yaşında olarkən başlayıb. Modellikdən savayı Haydi bir neçə kino və televiziya filmlərində çəkilib.
Şəxsi həyatına gəldikdə isə Klum 2 dəfə ailə həyatı qurub. Onun birinci nigahı 1997—2002-ci ildə Rik Pinino adlı saç ustası ilə baş tutub. İkinci dəfə isə məşhur 2005 –ci ildə Sil adlı müsiqiçi ilə ailə qurub. Sil ilə Haydi 2012-ci ildə ayrılıblar.
Donald Con Tramp dünyaca məşhur "Miss Universe Organization" şirkətinin rəhbəridir. Sözügedən kompaniya “Miss Kainat” “Miss ABŞ” və “Miss Teen USA” kimi gözəllik yarışmalarını təşkil edir.
42 yaşlı model milyarderin cavabını belə verdi

Kainat gözəli müsabiqəsinin finalı
Bundan başqa Tramp ABŞ-da növbəti dəfə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb. Donaldın adı təkcə model Haydi Klumla qalmaqalda hallanmır.
Trampın ABŞ-a köç edən meksikalıların ünvanına səsləndirdiyi ittihamlar da böyük səs küyə səbəb olub. İrqçi və şovinist bəyanatları ilə seçilən milyarder ABŞ-a gələn meksikalıları “cinayətkar ” və “təcavüzkar" adlandırıb.
42 yaşlı model milyarderin cavabını belə verdi

Donald Con Tramp - milyarder

Mənbə: Ans</span