» » "İlin ən yaxşı müğənnisi" oldu, amma...

"İlin ən yaxşı müğənnisi" oldu, amma...

"İlin ən yaxşı müğənnisi" oldu, amma...
"İlin ən yaxşı müğənnisi" oldu, amma...

"Billboard" portalı ilin yekununu açıqlayıb.

Ucarliyiq.biz - in məlumatına görə, Teylor Svift növbəti dəfə "İlin musiqiçisi" seçilib. O, ilk dəfə 2009-cu ildə hələ kantri üslubunda oxuyanda bu adı qazanmışdı. O, bununla Adelə çatıb. Adel də iki dəfə - 2011 və 2012-ci illərdə bu adı alıb.

Nəticələr 2014-cu ilin 6 dekabrından 2015-ci ilin 28 noyabrına qədər olan dövrü əhatə edir.

İlin musiqiçisi: T.Svift
İlin mahnısı: Bruno Mars - "Uptown Funk!"
Top Hot 100-ün musiqiçisi - The Weeknd
Ən yaxşı duet (qrup) - One Direction
Ən yaxşı qadın müğənni: T.Svift
Ən yaxşı kişi müğənni: Ed Şiran
Ən yaxşı yeni müğənni: Fetti Vap

Qeyd edək ki, fanatlar Teylorun uğurlarına sevinsələr də, melomanlar bunu uğur adlandırmırlar. Belə ki, onlar son illər Teylorun uğurunu onun rəqibsizliyi ilə əlaqələndirirlər. Digər müğənnilərin bu il ümumiyyətlə ortaya heç bir ciddi iş qoymaması onu yarışmadan birinci edir. Mütəxəssislərin fikrincə, növbəti il Beyons, Adel, Kristina Aqilera, Britni Spirs, Rihanna kimi ulduzlar fəaliyyətlərini artırsalar, rəqabət daha maraqlı olar.