» » Adel əslən türk imiş

Adel əslən türk imiş

Adel əslən türk imiş
Adel əslən türk imiş Günlərdir “Million years ago” mahnısının müğənni Ahmet Kayanın “Acılara tutunmak” mahnısına bənzərliyi ilə gündəmdə olan müğənni Adel yenidən medianın diqqət mərkəzinə çevrilib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya şöhrətli ifaçının türkəsilli olduğu iddia edilir. Belə bir iddia ilə isə “Hürriyet” yazarı Cengiz Semercioğlu çıxış edib.

O, Adelin 2009-cu ildə verdiyi müsahibəsini dinlədiyini və orada türkəsilli olduğunu dediyini bildirib:

“Məşhur müğənninin Hollandiyanın “RT4” kanalına 6 il əvvəl verdiyi müsahibəsi var. Orada Adel “Ailəm türk, ispan və ingilisəsillidir... Mən atama görə yarı qalliyalıyam. Bu səbəbdən oval üz cizgim var. Artıq çəkilərim də ata nəslimdən gəlir” sözlərini işlədir”.

Bütün bu iddialar haqda Adelin nə deyəcəyi isə hələ bəlli deyil.