» » Mark qızına bu kitabı oxuyur

Mark qızına bu kitabı oxuyur

Mark qızına bu kitabı oxuyur
Mark qızına bu kitabı oxuyur “Facebook” yaradıcısı Mark Zukerberq yeni doğulan qızı Maksa kitab oxumağa başlayıb.

Ucarliyiq.biz - in məlumatına görə, Mark bu haqda şəxsi səhifəsində xəbər verib. O, qızı və həyat yoldaşı Prisçilla Çanla fotosunu paylaşaraq yazıb:

“Mənim “Kitablar ili” üçün növbəti kitabım “Quantum Physics for Babies”dir (“Uşaqlar üçün kvant fizikası”). Bu, xarici əlaqələr və bizim bütün dünyada dinc münasibətləri necə qura biləcəyimiz haqqındadır. Bu isə uşaqlarımız üçün arzuladığımız dünyanın yaradılmasından ötrü çox vacibdir. Mən özüm də bu günlərdə bununla bağlı fikirləşirəm. Maksa kitab oxumağı çox sevirəm. Növbəti il “Uşaq kitablarının ili” olacaq, deyəsən”.