» » Məhşur hollivud ulduzunun qızı təhdid olunur

Məhşur hollivud ulduzunun qızı təhdid olunur

Məhşur hollivud ulduzunun qızı təhdid olunur

Hollivudun sevilən ulduzu Salma Hayekbir müddət bundan öncə fanatlarından təhdid edici məktublar alıb.
Ucarliyiq.biz-in məlumatına görə məktublarda Salma Hayekin 7 yaşlı qızı Valentinanın bu yaxınlarda oğurlanacağı haqda yazılıb.
Hər iki məktub aktrisanın elektron ünvanına göndərilib. Məktubuların məzmunu belə olub: “Biz sənin qızının harda olacağını çox gözəl bilirik. Sən qızının həyatı üçün hansı məbləğdən keçməyə hazırsan?”
Oxşar məzmunlu məktublar məşhurun digər ailə üzvlərinə də göndərilib. Aktrisa vaxtında polisə müraciət edə bilib. Nəticədə hər aktrisanı təhdid edənlər tutularaq hüquq mühafizə orqanlarına təhvil verilib. Onlar Salma Hayekin iki qız fanatı olub.
Məhkəmənin qərarı ilə hadisəni törədənlərə aktrisaya və onun digər ailə üzvlərinə 90 metr məsafədən artıq yaxın durmaq qadağan olunub.
Məhkəmənin payızda keçiriləcək növbəti dinləməsində, Salma Hayek qızların daha ağır cəza almasına ümüd edir.
Hollivud ulduzu Salma Hayek çoxsaylı moda evlərinin sahibi Fransua Anri Pino ilə ailəli olub. Onlar 2008-ci ildə ayrılandan sonra qızları Valentina Pino Salma ilə qalıb. Bir il küsülü qalan cütlük 2009-cu ildə yenidən evlənib.
Məhşur hollivud ulduzunun qızı təhdid olunur

Salma Hayek və qızı Valentina
Məhşur hollivud ulduzunun qızı təhdid olunur

Salma Hayek və ailəsi

Mənbə: Ans</span