» » Məşhur müğənni Rusiyanı "Eurovision"da təmsil edəcək

Məşhur müğənni Rusiyanı "Eurovision"da təmsil edəcək

Məşhur müğənni Rusiyanı "Eurovision"da təmsil edəcək
Məşhur müğənni Rusiyanı "Eurovision"da təmsil edəcək Rusiyanın “Eurovision 2016” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının adı bəlli olub.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən xəbərinə görə, yarışmada tanınmış müğənni Sergey Lazarev çıxış edəcək. Bu haqda xəbəri Lazarev sosial şəbəkədə yazıb:

“Dostlar, mayda İsveçdə baş tutacaq “Eurovision” yarışmasında ölkəmi təmsil edəcəm. Ölkəm adından belə bir yarışmaya qatılmaq mənim üçün şərəfdir. Bu gözəl təcrübə olacaq”.

Sergey yarışmada tanınmış müğənni Filipp Kirkorovun müəllif olduğu mahnını oxuyacaq.

Qeyd dək ki, Rusiya 2008-ci ildə sözügedən müsabiqədə birinci yeri tutmuşdu.