» » "Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

Bakıda M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Bahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə -90" adlı geniş kitab sərgisi açılıb.
Kitabxananın direktoru, filologiya elmləri doktoru, professor Kərim Tahirov çıxış edərək xalq şairinin həyat və yaradıcılığına qısaca nəzər salıb. Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının klassik simalarından biri olmaqla yanaşı, poeziyada milli-mənəvi simvol olduğunu da xüsusi qeyd edib.
"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

Kərim Tahirov deyib: "Bəxtiyar Vahabzadə milli dəyərlərimizin mühafizəsi və azərbaycançılığın fövqündə duran sənətkardan idi. O, ümumiyyətlə bütün türk dünyasında sevilir".
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli Bəxtiyar Vahabzadə haqqında danışaraq onu Azərbaycan tarixinin bir parçası adlandırıb. Bildirib ki, o, əsərlərində cəmiyyətdə baş verən hadisələrə, bir sözlə bütün sahələrdə olan mövzulara toxunub: "Bəxtiyar Vahabzadə özündən əvvəlki bütün poetik təcrübələri toplayan və sonda özünün ölməz dəsti-xəttini yaradan sənətkarlardandır".
"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

Tədbirdə Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi çıxış edərək xalq şairinin yaradıcılığı haqqında fikirlərini bölüşüb. Bəxtiyar Vahabzadə əsərlərinin ümumilikdə bütün müsəlman aləmində, xüsusən ərəb dövlətlərində sevilərək mütaliə edilməsini və sənətkarın yaxın Şərqdə baş verən proseslərə heç vaxt biganə qalmadığını vurğulayıb.
Sonda qonaqlar sərgi ilə tanış olublar. Sərgidə görkəmli qələm adamının poetik istedadını əks etdirən 200-dən çox şeir kitabı və seçilmiş əsərləri nümayiş olunub.
Sərgidə nümayiş olunan kitablar qonaqlar tərəfindən maraqla qarşılanıb.
"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

"Bəxtiyar Vahabzadə -90" adlı kitab sərgisi açılıb (FOTO)

Mənbə: Ans</span