» » Əhməd bəy Ağaoğluya həsr olunmuş seminar keçirilib

Əhməd bəy Ağaoğluya həsr olunmuş seminar keçirilib

Əhməd bəy Ağaoğluya həsr olunmuş seminar keçirilib

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) milli ideologiyamızın formalaşmasında və Azərbaycan xalqının tarixində iz qoymuş şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında silsilə seminarları davam etdirir.
İctimai Birlikdən verilən məlumata görə, növbəti seminar böyük mütəfəkkir, görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğluya həsr olunub.
Əhməd bəy Ağaoğluya həsr olunmuş seminar keçirilib

Əhməd bəy Ağaoğluya həsr olunmuş seminar
Seminarda Əhməd bəy Ağaoğlunun təhsil aldığı illər, Bakıda “Kaspi”, “Həyat”, “İrşad” və digər mətbu orqanlarındakı publisistik fəaliyyəti, erməni şovinizminə və çar zülmünə qarşı yaratdığı “Difai” təşkilatı haqqında məlumat verilib. Böyük ictimai-siyasi xadimin Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsində xidmətləri xüsusi vurğulanıb. Həmçinin Cümhuriyyətin süqutundan sonra onun Türkiyədə ictimai-siyasi fəaliyyətindən, İstanbulun və Ankaranın ali təhsil müəssisələrində pedaqoji fəaliyyətindən bəhs edilib. Seminarda Əhməd bəy Ağaoğlunun müasir Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik nümunəsi olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə əlaqədar suallar cavablandırılıb.
Həmçinin baxın: Əhməd bəy Ağaoğlunun vəfatından 75 il ötür

Mənbə: Ans</span