» » Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Şəkili sənətkarlar Tahir Həmidli və Eldar Zakirov sentyabrın 4-dən 6-dək Şəki ilə qardaşlaşmış şəhərlərdən olan Bolqarıstanın Qabrovo şəhərində təşkil olunacaq Beynəlxalq ənənəvi əl işləri yarmarkasında iştirak edəcəklər.
Bununla əlaqədar Qabrovo bələdiyyəsinin rəhbərliyi adından Şəki Şəhər İcra Hakimiyyətinin başçısına xüsusi müraciət olunub.
Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Bu barədə tədbirdə iştirak edəcək sənətkarlardan biri – Azərbaycan Rəssamlar İttifaqı Şəki təşkilatının sədri Tahir Həmidli məlumat verib.
Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Sənətkarın sözlərinə görə, Qabrovo şəhərindəki ETAR Arxitektura və Etnoqrafiya kompleksində təşkil ediləcək beynəlxalq xalq sənəti yarmarkası müasir cəmiyyətin ənənəvi əl işləri sənətkarlığının inkişaf etdirilməsi və qorunub saxlanması məqsədi daşıyır. Ənənəvi olaraq keçirilən yarmarkada Bolqarıstanın bütün regionlarını təmsil edən sənətkarlarla yanaşı, dünyanın bir sıra ölkələrindən gəlmiş xalq sənətkarları da iştirak edirlər.
Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Xatırladaq ki, Tahir Həmidli 2006-cı ildə də bu yarmarkanın iştirakçısı olub.
Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Beynəlxalq yarmarkada şəkili sənətkarlar Tahir Həmidli qaya daşı, Eldar Zakirov isə dəniz və çay daşı üzərində təsvir sənəti üzrə əl işlərini nümayiş etdirəcəklər. Tədbir iştirakçıları, eyni zamanda, təsvirlərin daş üzərinə həkk edilməsi prosesini də canlı şəkildə izləyə biləcəklər.
Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Şəkili sənətkarlar beynəlxalq yarmarkada (FOTO)

Mənbə: Ans</span