» » Keçmiş prezident yeni sevgilisi ilə - foto

Keçmiş prezident yeni sevgilisi ilə - foto

Keçmiş prezident yeni sevgilisi ilə - foto
Keçmiş prezident yeni sevgilisi ilə - foto “Qalatasaray”ın keçmiş prezidenti Ünal Aysal uğruna ikinci həyat yoldaşı Fanni Aysaldan boşandığı aparıcı sevgilisi Birsu Erenlə görüntülənib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük restoranlardan birində romantik şam ediblər. Ünalla Birsu məkandan çıxarkən paparasisləri görüb narahat olublar.

Sevgililər dərhal otelə qayıdıblar. Ü.Aysal bir neçə dəqiqə sonra oteldən təkbaşına çıxaraq avtomobili ilə oradan uzaqlaşıb. B.Eren isə bir neçə dəqiqə sonra taksi ilə məkanı tərk edib.

Xatırladaq ki, Ünal Aysal 35 illik həyat yoldaşı Ahu Aysaldan ayrılıb, 2012-ci ildə yunan jurnalist Fanni Qrammatikoyianni ilə ailə qurmuşdu. Hazırda isə Ü.Aysal aparıcı Birsu Erenlə münasibətə başlayıb. Ünalın Fannidən Alin adlı bir qızı var.

Keçmiş prezident yeni sevgilisi ilə - foto