» » Beynəlxalq Zərb Alətləri Festivalı bu gün başa çatır (VİDEO)

Beynəlxalq Zərb Alətləri Festivalı bu gün başa çatır (VİDEO)

Beynəlxalq Zərb Alətləri Festivalı bu gün başa çatır (VİDEO)

Şəki festivalının möhtəşəm bağlanışının sabaha təyin edilməsi təsadüfi deyil.
Ötən gün festivalın 4-cü günü başa çatıb və “İstanbul Harem” ritm qrupu çıxış edib. Konsert proqramı tamaşaçılar tərəfindən coşğu ilə izlənib.
Tam olaraq beynəlxalq festivallar üçün inşa edilən 640 nəfərtamaşaçıtutumu olan Yaşıl teatrda bütün yerlər tam şəkildə dolub. Eyni zamanda festivala maraq da böyük olub. “İstanbul Harem” ritm qrupunu çıxışını izləmək üçün isə həmin anda Yaşıl teatrda min nəfərə yaxın tamaşaçı toplaşmışdı.
Bundan öncə Natiq Şirinov ustad dərsləri keçib. Bu gün isə təntənəli bir şəkildə festivalın bağlanış mərasimi baş tutacaq.

Mənbə: Ans</span