» » "Bade İşçilin oğlu pis şəraitdə böyüyür"

"Bade İşçilin oğlu pis şəraitdə böyüyür"

"Bade İşçilin oğlu pis şəraitdə böyüyür"
"Bade İşçilin oğlu pis şəraitdə böyüyür"

Aktrisa Bade İşçil və iş adamı Malkoç Süalp arasındakı boşanma davasında qalmaqallar bitmir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 2013-cü ildə tanış olub 2 ay ərzində evlənən cütlüyün Azur adlı bir yaşlı oğulları var.

Bade keçən il "həyat yoldaşım mənə fiziki təzyiq edir" deyərək məhkəməyə müraciət etmişdi. Malkoç isə deyilənlərin yalan olduğunu sübut etmək üçün evdəki işçiləri şahid kimi göstərmişdi. Bundan sonra ikili arasında mübarizə başlayıb.

Ortalığın heç sakitləşmədiyi bir vaxtda yeni bir iddia səsləndirilib:

"Azur qeyri-sağlam, mübahisə dolu bir evdə yaşayır".

Bunu deyən mənbənin sözlərinə görə, B.İşçil oğlu ilə birgə boşanan ata-anası və atasının ikinci həyat yoldaşıyla yaşayır. İki qadın arasında tez-tez dava düşür və bu uşağa pis təsir edir. Malkoç hər dəfə oğlunu Badenin yanından götürəndə bədənində zərbə izinin olub-olmamasını yoxlayır.

Buna görə də, M.Süalp tezliklə uşağın vərəsəlik hüquqlarını almaq üçün məhkəməyə müraciət edəcək.