» » Nadir Qafarzadəyə vəzifə verildi

Nadir Qafarzadəyə vəzifə verildi

Nadir Qafarzadəyə vəzifə verildi

Populyar müğənni Nadir Qafarzadəyə vəzifə verilib.
Ucarliyiq.biz-in məlumatına görə, populyar ifaçı Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunub.
Nadir Ucarliyiq.biz-ə açıqlamasında bir neçə gündür direktor vəzifəsinə təyin olunduğunu bildirdi: "Artıq vəzifəmin icrasına başlamışam. Qarşıda duran ilk planım qəsəbə sakinlərinə konsert verməkdir. Mənə göstərilən etimadı doğruldacam”.
Nadir Qafarzadə 11 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdur. Ailəlidir 2 oğlu var. Musiqi təhsillidir, Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirib. 1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olub, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İllin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar.
2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil etmişdir. Həmin ildə Rusiya Federasiyasının Müstəqillik gününə həsr olunmuş və Rusiyanın NTV kanalı ilə yayımlanan konsertində Azərbaycanı təmsil edərək çıxış edib. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Hər şey Qarabağ üçün" devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib.

Mənbə: Ans</span